Financial accounting, yəni maliyyə uçotu kursları yaranandan sonra mühasibatlıq ölkədə məşhurlaşmağa başladı. Məşhurluq deyəndə ali təhsili maliyyə və mühasibatlıqla əlaqəsi olmayan insanlar belə mühasib kimi şirkətlərdə işləməyə başladılar. Maraqlı məqam odur ki, artıq ACCA F3 sertifikatının olması yəni, Financial accounting bilmək adi hala çevrilib. Məsələ budur ki, bu sertifikatı alan şəxslər də rəqiblərindən üstün sayılmır. Hətta işə götürənlər də F3 sertifikatı olan şəxslərə adi baxırlar.
Amma CFA baxımından belə deyil. Düzü ölkədə investisiya anlayışı bizneslə eyni mahiyyət daşıdığından belə sertifikatlara o qədər də əhəmiyyət verilmir. Amma maliyyə sahəsindən başı çıxan bir şəxs kimi deyə bilərəm ki, CFA bizim düşündüyümüz kimi bir şey deyil.
Əminliklə qeyd edə bilərəm ki, şirkəti ayaqda saxlayan analizdir. Ümumiyyətlə məsələni tam açsam, şirkətin dili rəqəmlərdir, analiz isə rəqəmlərlə olur. CFA isə məhz bu məqamdə dövrəyə girir. Azərbaycanda müşahidə olunmasa da, xaricdə şirkətlər hesabatlarını açıqlayanda yalnız balans və ya mənfəət-zərər hesabatı ilə kifayətlənmirlər, maliyyə əmsallarını da qeyd edirlər. Çünki bu səhmdarlar üçün, nəticə etibarı ilə şirkətin investisiya siyasəti üçün önəmlidir.
Hal belə olduqda, bu gün niyə biz maliyyəçilər CFA sertifikatı almalıyıq? sualına rast gəldim. Əslində bunun səbəbləri çoxdur. Amma Banco.az kollektivi olaraq yığcam hala salıb sizə CFA kursuna başlamaq üçün 5 səbəb təqdim etmək istədik.
1) Maliyyə analitiklərinə dünya dağılsa belə ehtiyac var!
Asiyada belə bir deyim var, dünyanı həm dağıda bilən həm də yenidən qura bilən şəxslər maliyyə analitikləridir. Ümumiyyətlə şirkətlər hər zaman maliyyə analitiklərinə ehtiyac duyurlar. Hətta belə bir statistika deyim, Apple şirkətində maliyyə analitikinin orta əmək haqqı təqribən 93 000 dollardır. Google şirkətində isə bu göstərici 145 000 dollardan çoxdur. Bircə bunu qeyd edim ki, dünyada təqribən 120 min CFA namizədi mövcuddur. Hətta 2014-cü lin statistikasina görə, dünyanın TOP 10 şirkətinin CFA namizədlərinin sayı belə idi.
2) Hər yerdə tanınma üstünlüyünün olması, bu isə daha yüksək vəzifə deməkdir.
Düzü hər beynəlxalq sertifikatda bu üstünlük var, amma CFA-də bu fərqlidir. Belə ki, CFA-i tamamlamaq üçün 3 bir-birindən çətin səviyyə olduğundan hər səviyyəni keçdikcə aldığın əməkhaqqı və işlədiyin vəzifə daha da yüksəlir. ACCA imtahanlarından fərqli olaraq CFA sektorunda yalnız 3 dərəcə mövcuddur. Bu dərəcələri uğurla keçdikdən sonra peşəkar maliyyəçi kimi işləyə bilərsən.
3) Əksər maliyyə sertifikatlarından ucuzdur, çəkdiyin xərci artıqlaması ilə geri götürmək olur.
Belə bir müqayisə apara bilərəm ki, MBA dərəcəsi almaq üçün 2 il zəhmət çəkirsən. Üstəlik sonunda iş tapıb-tapmayacaqsan o da bəlli deyil. Qrupunda isə nə qədər maliyyə biliyi olmayan insanlar olacaq və bu mühitdə sənin səviyyən ilə onların səviyyəsi açıq-aşkar seçiləcək. Yəni 5000 AZN-dən çox xərc çəkib sonda heç bir fayda görməyəcəksən, gördüyün fayda da zəhmətinə dəyməyəcək. Ölkədə əmək haqqı mühitini nəzərə alsaq aşağıdakı cədvəlin bizə o qədər də aid olmadığını əminliklə söyləmək olar.
Amma bu bir reallıqdır ki, MBA dərəcəsinin olması sənə yaxşı maliyyə biliyi qazandırmır, əksinə pulun gedir. ACCA sertifikatı isə səni insanların ancaq şikayətləndiyi mühasib vəzifəsini qazandırır. CFA dərəcəsi isə səni BİG four şirkətlərində, ya da ki, böyük holdinglərdə ən azı maliyyə departamentində işləməyə şans yaradır. Bu isə yaxşı iş şəraiti və layiq olduğun əmək haqqı deməkdir. Siz heç gördüyü işdən şikayətlənən maliyyə analitiki görmüsünüzmü? :)
4) Xaricdə işləmək üçün ən yaxşı yoldur, acazıq zəhmət və xarici ölkədə işləmək imkanı!
Adətən investisiya şirkətkləri CFA dərəcəsi olanları göz üstündə saxlayırlar. Bütün səviyyələri uğurla bitirən şəxslər üçün xaricdə işləmək daha rahat olur. Çünki bizim ölkədən fərqli olaraq bu sertifikatın əldə olması bir üstünlük kimi qəbul edilir və işəgötürənlər həmin şəxslərə daha maraqlı olur. Əslində bu o demək deyil ki, CFA Azərbaycan üçün deyil, amma bizim HR-lar biraz şorgöz olurlar, yəni çox şey tələb edə bilirlər.
5) Ekspert olmaq çətin deyil, üç addımda ola bilərsiniz!
İELTS sertifikatının olması ingilis dilini yaxşı bilmək demək deyil, eyni zamanda ACCA sertifikatının olması maliyyə və mühasibatlığı yaxşı bilmək anlamına gəlmir. Amma CFA-də belə deyil, sillabusdakı mövzuların hər biri şirkətlərin hər gün maliyyə praktikasında istifadə etdiyi əməliyyatlardır. Yəqin fikir vermisiniz ACCA sertifikatı ola-ola , praktiki mühasibatlıq adlı kurs da var, halbuki CFA sertifikatı ola-ola praktiki maliyyə kursu yoxdur. Bu sadəcə bir müqayisə olsa da, məncə yerində bir müqayisədir. Kursların və ya imtahanın baha olmasına baxmayın ucuz ətin şorbası olmur.
Sizə CFA imtahanına hazırlaşmaq üçün iki link təqdim edirəm, əgər pulunuz yoxdursa burdan cəhd edə bilərsiniz.
Əgər pulunuz varsa, özünüzü riskə atmayın deyirəm. Bu imtahandan yüksək nəticə əldə etmək hər zaman üstünlükdür. Ölkəmizdə CFA üçün ən cibə uyğun kurs üçün qeydiyyatı aşağıda təqdim etmişəm.
Ümid edirəm, bu məqaləmizin çoxlarına faydası dəyəcəkdir :) Uğurlar hər birimizə!