Maliyyəçi rublun məzənnəsi ilə bağlı danışıb | Banco.az

Maliyyəçi rublun məzənnəsi ilə bağlı danışıb

Müəllif - Aida İsaq, Banco.az

Rubl proqnozların əksinə hazırda stabil vəziyyət nümayiş etdirir.

Banco.az xəbər verir ki, bu fikri maliyyə analitiki Aleksandr Djioyev səsləndirib. 

“Rubl hazırda hər hansısa dəyişiklik nümayiş etdirmir. Milli valyuta özünü çox sakit aparır. Bir dollar üçün 61-62 rubl olan dar dəhlizdə satılır. Ancaq bu hal üçün vəziyyət qəribədir. Çünki əmtəə bazarları və ölkənin tədiyyə balansının vəziyyəti rublun möhkəmlənməsinə ehtiyac olduğunu göstərir” deyə mütəxəssis bildirib.

Bununla yanaşı, Djioyev dekabrın 5-dən Rusiya nefti üçün qüvvəyə minəcək embarqo qərarının hazırda rubla təsir etməyəcəyini vurğulayıb.

“Rusiya neftinin dənizə tədarükü stabil formada davam edir. Göstəricilər 2022-ci ilin yanvar-fevral ayları səviyyəsindədir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bundan əvvəl Federal Gömrük Xidmətinin (FGX) rəis müavini Ruslan Davydov Rusiyada paralel idxalın perspektivlərini qiymətləndirib. Ekspertin fikrincə, 2022-ci ilin sonuna kimi Rusiyaya olan həcm 15 milyard dolları ötə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram