Maliyyə sektorunun kreditləşməsi artıb | Banco.az

Maliyyə sektorunun kreditləşməsi artıb

Azərbaycanda maliyyə və sığorta sektorunun kreditləşməsi bu il fevralın 1-nə 270,4 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, kredit qoyuluşunda aylıq müqayisədə 34,9% artım, illik müqayisədə isə 46,5% azalma baş verib. Beləliklə, sektorun kreditləşməsi 1 illik fasilədən sonra ilk dəfə olaraq artım nümayiş etdirib.