Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyası ləğv edilib.
Bu barədə Palatadan bildirilib.
İclasda “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb.
Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrini rəhbər tutaraq adıçəkilən filialların icazələrini ləğv edib.
Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.
Mənbə: Oxu.az