Maliyyə Nəzarəti Palatasından - «UNİBANK» AÇIQLAMASI | Banco.az

Maliyyə Nəzarəti Palatasından - «UNİBANK» AÇIQLAMASI

Maliyyə Bazarlarına Nəzarət Palatası «Unibank» ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

MBNP-nin Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar əsassızdır: «Unibank"ın bağlanması ilə bağlı xəbərlər əsassızdır. Bankın maliyyə durumu qənaətbəxşdir. Ümumiyyətlə, hazırda heç bir bankın lisenziyasının ləğvi gündəlikdə deyil».

Qeyd edək ki, son günlər müxtəlif mənbələr Unibank-ın vəziyyətinin gərgin olduğunu və yaxın günlərdə bağlanacağını bildiriblər.