11 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104016545 ISIN kodlu, 364 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən 28 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 76,617,100.00 təşkil etmişdir.
Sifarişlər 86.3462 AZN (15.8999%) və 90.9317 AZN (10.0275%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 90.1390 AZN (11.0000%), orta ölçülmüş qiyməti 90.2626 AZN (10.8472%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10.07.2018-ci ildir.