Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010688 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısa müddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 88.9666 AZN (12.4700%)

 və 93.9281  AZN (6.50000%)olan 17 sifariş təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6558 AZN (7.9699), orta ölçülmüş qiyməti 93.5178 AZN (6.9697%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 435 700, 00 AZN, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 24 sentyabr2019-cu  il.

Hərrac iştirakçıları 24 sentyabr 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.