Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

18 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 98.0000  AZN (9.1315%) və 102.526 AZN (7.9980%) olan 14 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9422 (8.3875%), orta ölçülmüş qiyməti 101.6595 (8.2102%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,292,300.00 AZN yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21 yanvar 2025-ci  il.

Hərrac iştirakçıları 19 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.