Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002783ISIN-li, 15mln. manat həcmində, 728gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18investor tərəfindən qiymət intervalı 99.0817  AZN (7.0000%)və 101.3039  AZN (5.8001%)olan25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti100.9666 (5.9800%)orta ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 88,415,500.00AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00AZNtəşkil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödəmə tarixi 11.01.2022-ci il.

Hərrac iştirakçıları 15yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et