Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 3 mart 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Maliyyə Nazirliyinə məxsus 4 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Qeyd edilib ki, nazirliyin hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 2 800 manatdan 3 500 manata qədərdir.
Nəqliyyat vasitələrinin markası isə 2 ədəd "Nissan Maxima" və 2 ədəd "Chevrolet Niva"dır.
Bizi sosial şəbəkələrdən izləyin!!
