Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060058 ISIN-li, 120 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.8014 (8.98%) manat və 93.1458 (7.3991%) manat olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4258 (8.24%) manat, orta ölçülmüş qiyməti isə 92.7248 (7.8892%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,140,000 manat, yerləşdirilmiş həcmi isə 53,868,600 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.04.2025-ci ildir.

Hərrac iştirakçıları 24 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et