Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib | Banco.az

Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

Maliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib.

Müraciətdə deyilir ki, Mülki Məcəlləyə uyğun olaraq MMC-lər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. SC-lər isə illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

“Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq ictimai əhəmiyyətli qurumlar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlayan kommersiya təşkilatları, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanda dərc etdirməlidirlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən “Auditor xidməti haqqında” qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et