Maliyyə Nazirliyi böyük məbləğdə mənimsəmə faktı aşkarlayıb | Banco.az

Maliyyə Nazirliyi böyük məbləğdə mənimsəmə faktı aşkarlayıb

38 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, cəmi 227 mln. 726,09 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş prokurorluğa göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 51,02 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.

©Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et