Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yeni emissiyasının prospektini dövlət qeydiyyatına alıb.
Palatadan "Report"a verilən məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 4 mln. ədəd istiqrazdan gedir. Emissiyanın nominal üzrə ümumi həcmi 400 mln. manat təşçkil edir.
Qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.