Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101025549 ISIN-li, 10 mln. manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 98.0656 AZN (7.9998%) və 98.9025 AZN (4.5003%) olan 20 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9025 AZN (4.5003%), orta ölçülmüş qiyməti 98.9025 AZN (4.5003%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 454 200,00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi – 02 yanvar 2018-cu il.
Hərrac iştirakçıları 04 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.