Maliyyə nazirinin müavini büdcədə neftin baza qiymətindən danışdı | Banco.az

Maliyyə nazirinin müavini büdcədə neftin baza qiymətindən danışdı

“Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində “qara qızıl”ın baza dəyərindən daha yüksəkdir”.

Bunu açıqlamasında Maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

“Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. 

Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur.

Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik”, - deyə nazir müavini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Fitch” reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda, Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. 

Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et