"Z/Yen Group" şirkəti dünyanın maliyyə mərkəzləri olan şəhərlərin siyahısını açıqlayıb.
"Global Financial Centres Index" (GFCI) adlı hesabatı hazırlayarkən şirkət əsas maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyini öyrənir.
İlk dəfə olaraq siyahıya daxil olan Bakı 97-ci pilləsində qərarlaşıb.
Siyahının lideri Londondur. Nyu-York və Sinqapur ikinci və üçüncü yerləri bölüşürlər.
Qonşu ölkələrə gəlincə, 7 pillə irəliləyən Almatı 70-ci yerdədir. 17 pillə geriləyən Moskva və 3 pillə geriləyən Sankt-Peterburq 84 və 85-ci pillələrdə qərarlaşıblar.
GFCI "Z/Yen Group" tərəfindən 2005-ci ildən etibarən hazırlanır.
Mənbə : apa.az