Maliyyə böhrani diversifikasiyaya mane olurmu? | Banco.az

Maliyyə böhrani diversifikasiyaya mane olurmu?

İnvestisiyalar üzrə Baş strateq -Russ Koesterich hesab edir ki, sərmayədarlar mütləq beynəlxalq ehtiyatlarla əlaqəyə can atmalıdırlar. Lakin ABŞ-da son maliyyə böhranı, diversifikasiyadan mənfəətin əldə olunması fikrinə kölgə saldı. Bu da bəzi iş adamlarında belə bir fikir yaratdı ki, “ Böhran dövründə diversifikasiya işə yaramır”.

“Bu fikir müəyyən mənada düzdür, lakin heç bir halda daxili bazara məhkum olmaq üçün səbəb deyil. Innocents Abroad: The Case for International Diversification,” adlı yazımda bu barədə ətraflı danışmışam” deyə o əlavə edib.

Hətta böhrandan az sonra belə, (Avropa, ABŞ və Yunanıstan maliyyə böhranları) xariclə əlaqələri kifayət qədər uğurlu saymaq olardı.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki illərdəki böhranlara nəzər salsaq görərik ki, investorların qarşılıqlı əlaqəsi daim mövcud olub. Bu proses bugünün nəticəsi deyil. Məsələn 1997-ci ildə Asiya böhranın lap astanasında olanda, ABŞ kapital bazarının digər ölkə ehtiyatları ilə əlaqəsi 0.32 ətrafında idi, bu isə çox zəif göstəricidir. Artıq bütün dünyanın diqqəti Asiyadakı iqtisadi qarışıqlığa yönələndə, bu göstərici 50% artdı. Eyni proses növbəti il Rusiyadakı maliyyə böhranı zamanı özünü göstərdi.

Başqa sözlə böhran diversifikasiyanı stimullaşdırır. Yəni müxtəlif zaman qurşaqlarında yaşayan və fərqli strategiyaları olan investorlar böhran zamanı əməkdaşlığa meyl edirlər. bir şeyi də unutmaq olmaz ki, diversifikasiya heç də həmişə bazar riskindən və əsas zərərdən qorunmağa zəmanət vermir.

Ən sərfəli krediti almaq üçün müraciət et