“Maliyyə Bazarlarına Nəzarət Palatası”-nın fəaliyyətinə nələr aiddir? Hansı vəzifə və səlahiyyətlərdən mükəlləfdir? | Banco.az

“Maliyyə Bazarlarına Nəzarət Palatası”-nın fəaliyyətinə nələr aiddir? Hansı vəzifə və səlahiyyətlərdən mükəlləfdir?

Maliyyə Bazarlarına Nəzarət Palatası - FİMSA (Financial Market Supervisory Authority) publik hüquqi şəxsdir və öz fəaliyyətində müstəqildir. Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır. Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması imkanı verən ilk publik hüquqi şəxs statuslu qurumdur. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizin qlobal iqtisadi arenada baş verən proseslərə çevik reaksiya verməsi Azərbaycan iqtisadiyyatı qarşısında maliyyə sektorunun dayanıqlığını təmin etmək və bu sahədə nəzarət tədbirlərini gücləndirmək kimi tapşırıqlar qoymuşdur. Ölkənin qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin çevikliyinin və şəffaflığının təmin olunması, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi həmin tapşırıqların tərkib hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

  • Kapital bazarları

Maliyyə Bazarlarına Nəzarət Palatası kapital bazarlarında vahid siyasətin formalaşdırılması və həyata keçirilməsində iştirak edir və qiymətli kağızlar bazarı iştirakçıları və infrastrukturu üzrə davamlı və hərtərəfli nəzarəti təmin edir.

  • Sığorta

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, həmçinin sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir.

  • Kredit Təşkilatları

Maliyyə Bazarlarına Nəzarət Palatası bank, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, o cümlədən, poçt rabitəsinin operatorunun maliyyə xidmətləri fəaliyyətinin tənzimlənməsi, habelə lisenziyalaşdırılmasını və nəzarəti həyata keçirir.

Fuad VAHABZADƏ

Mənbə | fimsa.az