Əmanətçilər – Öz şəxsi istehlaklarından qənaət edərək, azaldaraq müxtəlif tipli yığımlar həyata keçirən fiziki şəxslər.
Borc alanlar – Kifayət qədər maliyyə ehtiyatına sahib olmayan, ehtiyac duyan, müəəsisə, təşkilat və dövlət hakimiyyəti orqanları.
İnvestorlar – özünün tələbatından artıq maliyyə ehtiyyatlarına malik olan və bu ehtiyyatları investisiyaya yönəldə bilən müəssisə və təşkilatlar.
Brokerlər – Hər hansı müəssisə, təşkilat, dövləti təmsil edərək bazarda vasitəçilik fəaliyyətləri həyata keçirənlər. Alıcı və satıcı arasında əlaqə yaradırlar.
Dilerlər – Hər hansı müəssisə, təşkilat, dövləti təmsil etmədən, sərbəst şəkildə fəaliyyət göstərən vasitəçilər. Onlar investor və borcalanlarla birbaşa sövdələşməyə girəbilirlər.
İxtisaslaşdırılmış maliyyə-kredit instutları – bu qrupa Banklar, Maliyyə və Sığorta şirkətlərini və s. aid edilir. Həm investor, həm borcalan, eləcə də vasitəçi kimi çıxış edə bilən bu instutlar, aparıcı bazar iştirakçılarıdır.
Fuad VAHABZADƏ, banco.az