Müəllif:Ayşən İmanova/Banco.az
Maldiv adaları tarixdə ilk dəfə bir il ərzində 2 milyondan çox turist qəbul edib.
Banco.az xəbər verir ki, bu barədə ada-dövlətin Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, ölkə tarixində ən yaxşı nəticədir. 2023-cü ildə arxipelaqı 1,8 milyon, 2022-ci ildə isə 1,6 milyon turist ziyarət edib. Gələn il hakimiyyət rəqəmləri 15% artırmağı və adalarda istirahət edənlərin sayını azı 2,2 milyon nəfərə çatdırmağı qarşısına məqsəd qoyub.
Maldiv adalarına ən çox turist axını Çindən olub - 260 mindən çox. İkinci yeri 220 minə yaxın turistlə Rusiya tutub.
Qeyd edək ki, Maldiv adalarında 174 kurort, 855 mini otel və 15 böyük otel fəaliyyət göstərir.