Malayziyada sənaye istehsalı proqnozları doğrultmayıb | Banco.az

Malayziyada sənaye istehsalı proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Malayziyanın sənaye istehsalında ötən iki ilin ən aşağı artım tempi müşahidə olunub.

Banco.az xəbər verir ki, Malayziyanın xarici ticarətinin zəifləməsi ölkənin istehsal sektoruna güclü təzyiq göstərdiyi üçün sənaye istehsalı 2021-ci ilin avqust ayından bəri ən yavaş templə artıb.

Malayziyanın Statistika Departamentinin məlumatına görə, yanvar ayında sənaye istehsalı əvvəlki illə müqayisədə 1,8% artıb. 

Bu da “Bloomberg” sorğusunda iştirak edən ekspertlərin 2,3%-lik orta proqnozundan aşağı göstəricidir.

Qeyd edək ki, Malayziyanın istehsal sektoruna ən böyük töhfəni verən kompüter, elektronika və optik məhsullar istehsalındakı artım dekabrda qeydə alınan 7,6 faizlik göstəricidən 0,8 faizə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et