«Macdonalds»da bank filialı - AÇILDI - YENİLİK | Banco.az

«Macdonalds»da bank filialı - AÇILDI - YENİLİK

Rusiyanın «Sberbank»ının şöbəsində «Macdonalds» filialı fəaliyyətə başlayıb.

Rusiyanın innovasiyaları ilə məşhur olan «Sberbank»ının «Macdonalds»la yeni layihəsi Moskvada «Novoslobodskaya» metrostansiyasının yaxınlığındakı bank bölməsindən başlayıb. Yeni formatda bank ofisinin içərisində «Macdonalds»ın «MakKafe» küncü var, burada özünəxidmətdir, amma yaxınlıqdakı Macdonalds» restoranından yemək sifariş vermək üçün planşet də mövcuddur.

Layihəyə «Sberbank»ın başqa bir servisi – «Delivery Club» dəstək verir, bank bu şirkətin sahiblərindən biridir. «Sberbank»ın «Macdonalds»la əməkdaşlığı planları bu ilin əvvəlindən yaranmışdı. Burada məqsəd bank filiallarına müştəri axınını qorumaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ bundadır ki, son illər rəqəmsal formatın işə düşməsi, yəni internet və mobil bankçılığın artması nəticəsində bütün dünyada banklara müşətri axını azalıb. Qarşıdakı 3-5 il ərzində isəmüştəri axını daha 30% azalacaq.

«Sberbank» isə «Macdonalds»la vətəndaşların istehlakçı davranışları, bank hesablaşmaları analizi sahəsində əməkdaşlıq edəcək.

Hazırda «Sberbank» restoran şəbəkələrinin əksəriyyətinin partnyorudur, bankın öz ofislərinin sayı isə 14 mindən artıqdır. 

fed.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et