Makafi: “Köləliyə son qoymağın vaxtıdır” | Banco.az

Makafi: “Köləliyə son qoymağın vaxtıdır”

Kriptovalyuta ictimaiyyətinin ən məşhur şəxslərindən birinə çevrilən Con Makafi növbəti dəfə “Twitter” vasitəsilə izləyicilərinə səslənib. Makafi izləyicəlirinin özlərini bu kölə quruluşundan xilas etmələrini istəyib.

Pul İstiqlal Bəyannaməsi adlı bir sənədə imza atan Makafi daha sonra həmin “tweet”-ləri yazıb. Bəyannamə bir neçə ildir gücü əllərində saxlayan şəxslərin etdiklərinin hesablarını vermədiklərini ifadə edir və bu mövzuda həssaslıq və şəffaflıq tələb edir.

Makafi əvvəlcə köləliyin nə qədər pis bir cəhət olduğundan danışıb. Daha sonra köləliyi aradan qaldırmaq istiqamətindəki nüansları izah edib. O qul münasibətinin günümüzdə də olduğunu, sadəcə şəkil dəyişdirərək modernləşdirdiyini söyləyib.

İnsanların ‘könüllü’ olaraq çalışdığını və bunun köləlik olduğunu bildirən Makafi, eyni zamanda biri üçün təxminən 50 həftə üçün çalışan insanın yalnız qarnını doydura biləcək qədər pul qazandığını və bunun ədalətsizlik olduğunu vurğulayıb. Makafi bu istibdadçı vəziyyətin dəyişməsi üçün çağırış edib.

Daha sonra izləyicilərinə yaşayışlarının nəzarətini öz əllərinə almağı tövsiyə edən Makafi bu müstəvidə çağırışlar edib. Hamının bu bəyannamənin imzalamasının vacibliyini bildirən mütəxəssis bunun insanların həyatında xüsusi rol oynayacağını vurğulayıb.

“Twitter”-də Makafinin bu addımı adi hal kimi qəbul edilsə də, bir çox istifadəçi öz fikirlərini bildirib. “Blockchain Jedi” adlı istifadəçi bunları yazıb:

“Həqiqətən ya dəli, ya da dahisən. Orta mövqe yoxdur. Mənə oxşayırsan. Ən azından mənə məlum olan budur”.

Digər “Twitter” istifadəçisi Ceyms Makkarti isə bunları yazıb:

“Cənab Makafi, fikirlərinizlə razıyam, lakin burada əsas problem odur ki, o qədər “kölə” var ki, çıxış yolu tapmaq olduqca çətindir. Kriptovalyuta bu yöndə həll yolu ola bilər, amma buna tam etibar etmək olmaz. İnsanlar bunu anlaması da çətindir”.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et