Magistral qaz kəmərləri ilə 36036,2 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artım müşahidə olunmuşdur.
Banco.az xəbər verir ki, qazın nəqlinin 55,3 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 19927,8 milyon kub-metr qaz ötürülmüşdür.
2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 27365,5 min ton olmuşdur. Yüklərin 12447,0 min tonu və ya 45,5 faizi dəmir yolu nəqliyyatı, 7732,3 min tonu və ya 28,2 faizi avtomobil nəqliyyatı, 7186,2 min tonu və ya 26,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,0 faizini və ya 15597,2 min tonunu tranzit yüklər təşkil etmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!