Müəllif - Aida İsaq, Banco.az
Araşdırmalara görə yavaş templi musiqilərin hərəkətləri ləngitdiyi, sürətli musiqilərin isə bunun əksinə olaraq davranışları sürətləndirdiyi məlum olub.
Banco.az xəbər verir ki, bu baxımdan müxtəlif brendlər müştərilərin mağazada nisbətən çox vaxt keçirmələrini istəyirlərsə, daha yavaş templi musiqilərə üstünlük verir. Caz musiqisinin insanların daha çox pul xərcləməsini təmin etdiyi məlum olub. Yalnız mağazada səslənən musiqi deyil, məhsulların səsləri də alıcılıq vərdişlərinə təsir göstərir. Məsələn, dezodorantdan istifadə zamanı eşidilən səsin əldə olunması əslində “Axe” şirkətinə milyonlarla xərc bahasına başa gəlib.
Aparılan araşdırmalar nəticəsində qadın və kişilərin müxtəlif tezliklərdə olan səslərdən təsirləndiyi məlum olub. Bu baxımdan həm qadın, həm də kişi dezodorantlarının fərqli səs tezlikləri ilə istehsal edildiyi müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!