Macarıstan vergilərin azaldılması planını açıqlayıb | Banco.az

Macarıstan vergilərin azaldılması planını açıqlayıb

Macarıstan Maliyyə Nazirliyi iqtisadi artım planı çərçivəsində vergilərin azaldılması ilə bağlı ictimaiyyəti maraqlandıran təfərrüatları açıqlayıb. Hökumətin qəbul etdiyi iqtisadiyyatın qorunması üzrə tədbirlər planına vergi siyasəti ilə bağlı müddəalar da daxildir:

  • Bu il iyulun 1-dən sosial sığorta haqqının 19,5 faizdən 17,5 faizə endirilməsi;
  • 2020-ci il yanvarın 1-dən kiçik müəssisələr üçün mənfəət vergisinin 13 faizdən 12 faizə endirilməsi;
  • Sahibkarlar üçün sadələşdirilmiş verginin ləğv edilməsi; pensiya, sağlamlıq və işsizlikdən sığorta haqlarının vahid yığım kimi birləşdirilməsi;
  • İllik dövriyyəsi 100 milyon forintdən (343.310 ABŞ dolları) artıq olan şirkətlərə tətbiq edilən korporativ vergi üzrə avans ödənişlərinin ləğv olunması;
  • Reklamlara vergi tətbiqinin 2022-ci ilin sonuna qədər təxirə salınması;
  • Turistlərin yeləşdirilməsi xidmətləri üçün ƏDV-nin dərəcəsinin 15 faizdən 8 faizə salınması və s.

Vergiler.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et