Macarıstan təcili faiz artımı edib | Banco.az

Macarıstan təcili faiz artımı edib

Tamara Mustafayeva, Banco.az

Macarıstan Mərkəzi Bankı valyutanın ucuzlaşmasının qarşısını almaq üçün təcili qərarla faiz dəhlizinin yuxarı həddinin 15,5 faizdən 25 faizə qaldırıldığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bankın sədr müavini Barnabas Viraq onlayn təqdimatında uçot dərəcəsi faizinin artırılacağını elan edib.

Bu, 2011-ci ildən bəri ən böyük artım kimi qeydə alınıb. Qərardan sonra Macarıstan forinti avro qarşısında 3% bahalaşıb. 

Xatırladaq ki, forint bu il məzənnəsi ən çox dəyər itirən valyutalardan biri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et