Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Ədalət Məhkəməsi Macarıstanı Avropa İttifaqının miqrasiya qaydalarına əməl etmədiyinə görə 200 milyon avro cərimə və 2020-ci ildə çıxarılan qərarın icrasının gecikdirilməsinə görə hər gün üçün 1 milyon avro ödəməsi barədə qərar çıxarıb.
Banco.az xəbər verir ki , bu barədə idarənin saytında dərc olunmuş press-relizdə deyilir.
Sənəddə qeyd edilir ki, Aİ-nin ümumi siyasətlərinin tətbiqindən yayınma Aİ qanunvericiliyinin misli görünməmiş və son dərəcə ciddi pozuntusudur.
Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkədəki səhifəsində Aİ Məhkəməsinin qərarını şərh edərək, bunu qəzəbli və qəbuledilməz adlandırıb.
"Görünür, qeyri-qanuni miqrantlar Brüssel bürokratları üçün öz Avropa vətəndaşlarından daha vacibdir" , - deyə baş nazir vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!