Lüzumsuz emeyllər dünyaya zərər verir | Banco.az

Lüzumsuz emeyllər dünyaya zərər verir

Tamara Mustafayeva, Banco.az

"Gələnlər" bölməsindəki lazımsız, uzun və oxunmamış emeyllərə cavab verməmək üçün hər hansı bir bəhanəyə ehtiyacınız varsa, Banco.az-ın təqdim etdiyi məlumatlar sizə faydalı olacaq.

Əvvəla qeyd edək ki, emeyllər karbon ayaq izini artıraraq planetimizi məhvə aparır.

Karbon ayaq izi müəssisələrin fəaliyyəti dövründə istehsal olunan və ətraf mühitə zərər verən istixana qazındakı vahid karbon dioksid miqdarının ölçüsüdür.

BBC tərəfindən dərc olunan hesabata görə, Böyük Britaniyada yaşayan hər kəs hər gün bir ədəd daha az emeyl göndərərsə, bu halda hər il təqribən 18,114 ton karbon emissiyasının qarşısı alınmış olacaq. Qeyd edək ki, bu rəqəm İngiltərə-Avropa arası həyata keçirilən on minlərlə uçuşda havaya buraxılan karbon emissiyasına bərbabərdir. Bununla yanaşı, sözügedən rəqəm Britaniyanın illik istixana qazı emissiyalarının yalnız 0,0037%-nə uyğun gəlir.

Ən sərfəli kredit üçün müraciət et

"The Financial Times" nəşri də bu hesabatı əsas götürərək bizi hər gün bir ədəd daha az emeyl göndərməyə təşviq edir. Belə ki, sadəcə "təşəkkür edirəm" yazıb göndərdiyimiz və ya cavab verməyin heç bir məna kəsb etmədiyi meylləri göndərməməli olduğumuz barəsində xəbərdarlıq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et