Lüks evlər hansı şəhərlərdə bahalaşacaq, hansılarda ucuzlaşacaq? | Banco.az

Lüks evlər hansı şəhərlərdə bahalaşacaq, hansılarda ucuzlaşacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Lüks evlərin qiymətləri Dubayda bahalaşarkən Londonda ucuzlaşacaq.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən “Knight Frank” daşınmaz əmlak agentliyinin “Qlobal Ev Qiymətləri İndeksi” dünyanın müxtəlif yerlərində satılan dəbdəbəli evlərin qiymət artım tendensiyasını müəyyən edib.

Buna görə, Dubayın xarici alıcıların artan marağı ilə canlanan mənzil bazarında lüks əmlak qiymətlərinin gələn il 13,5 faiz artacağı gözlənilir.

Dubay “Qlobal Ev Qiymətləri İndeksi”ndə ən yüksək qiymət artımı reytinqinə sahib şəhərdir. Belə ki, çoxlu sayda multi-milyonçunu cəlb edən bu şəhərdəki mülklər üzrə proqnozlaşdırılan qiymət artımı sözügedən reytinqin ikinci pilləsində qərarlaşmış Mayamidəki qiymət artımından 2 dəfə çoxdur.

Araşdırmaya görə, London və Seul 25 şəhərin daxil edildiyi reytinq siyahısında sonuncu yerdə qərarlaşıb. Belə ki, hər iki böyük şəhərdə qiymətlərin 3 faiz ucuzlaşacağı gözlənilir. 

Nyu-York isə 2 faiz qiymət artımı ilə siyahının ortasındadır.

Qeyd edək ki, agentliyin fikrincə, 2023-cü ildə dünyanın 25 ən böyük şəhərində yüksək səviyyəli daşınmaz əmlak qiymətləri orta hesabla 2 faiz artacaq. 2022-ci üzrə isə bu rəqəm 5,2 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram