Müəllif:Mehin Qasımova/Banco.az
Son zamanlar bir çox avtomobil istehsalçıları elektrikli avtomobillərə keçid davam etdiyi üçün yeni loqolarla çıxış edirlər.
Banco.az xəbər verir ki, bu istehsalçılara Lamborghini də əlavə edilib.
"Lüks idman avtomobili" dedikdə ağla gələn ilk markalardan biri olan Lamborghini, 20 ildən sonra loqosunu dəyişib.
Lamborghini-nin yeni loqosu digər markalar kimi sadə dizaynı mənimsəyib. Yeni loqoda qara və sarı rənglər də aydın görünür.
Lamborghini-nin yeni loqosu bu il buraxılacaq yeni avtomobillərdə görünəcək.
Şirkət rəqəmsal kanallarda və broşürlərdə bu loqonun müxtəlif çalarlarından istifadə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!