Almaniyanın hava yolu şirkəti Lufthansa, Avropada daxilində hava yolu şirkətləri arasında artan rəqabət səbəbilə bu il üçün mənfəət hədəfini aşağı salıb.
Lufthansa-dan verilən açıqlamaya görə, daha əvvəl, bu il üçün 2,4 - 3 milyard avro faiz və vergidən əvvəli mənfəət (EBIT) hədəfləyən şirkət, bunu 2 - 2,4 milyard avroya endirib.
Lufthansa-nın açıqlamasından sonra hava yolu şirkətlərinin səhmləri ucuzlaşıb.
Lufthansa-nın səhmləri təxminən 12% dəyər itirərək 15,64 avroya geriləyib. Air France KLM-in səhmləri 4,27% və EasyJet-in səhmləri 4,37% dəyər itirib.
Fransanın təyyarə istehsalçısı Airbus-un, Paris Aviasiya sərgisində yeni təyyarə modeli A321XLR-i təqdim etməsindən sonra səhmləri 2,1% bahalaşaraq 125 avroya yüksəlib.
Lufthansa, Avropanın qısaməsafəli uçuş bazarındakı gəlirliliyin azalmasına, bazar paylarını artırmaq üçün əhəmiyyətli itkinləri qəbul etməyə istəkli daşıyıcıların səbəb olduğunu qeyd edib.
Marja