"Lufthansa" İtaliyanın flagman aviaşirkətini almaq istəyir | Banco.az

"Lufthansa" İtaliyanın flagman aviaşirkətini almaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın “Lufthansa” şirkəti İtaliyanın “ITA” Hava Yollarına təklif aparıb.

Banco.az xəbər verir ki, İtaliya hökuməti Almaniyanın “Lufthansa” aviaşirkətindən ölkənin flagman hava yolu şirkəti “ITA”nın minor səhmlərini satın almaq niyyəti ehtiva edən məktub aldığını açıqlayıb.

Bu barədə İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyindən (MEF) yazılı bəyanat yayılıb.

“Lufthansa” da yazılı açıqlamada təklifi təsdiqləyib.

Açıqlamada o da qeyd olunub ki, “Lufthansa”nın planı gələcək tarixdə qalan səhmlərin də alınması variantlarını razılaşdırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “ITA” Hava Yolları 2021-ci ilin oktyabrında 75 illik “Alitalia” aviaşirkətinin bağlanmasından sonra yaradılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et