Londonda iş imkanları azalıb | Banco.az

Londonda iş imkanları azalıb

Müəllif - Aida İsaq, Banco.az

London maliyyə sektorunda iş imkanları 2023-cü ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalıb.

Banco.az xəbər verir ki, bu barədə “Morgan McKinley UK”nin idarəedici direktoru Hakan Enver bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra iqtisadiyyatların bərpasından sonra 2021-ci ildə maliyyə xidmətləri sektorunda baş verən yüksəliş fonunda məşğulluq artımı əhəmiyyətli dərəcədə yavaşladı. İqtisadi qeyri-müəyyənlik səbəbindən 2023-cü ildə iş yerlərində boşluq 31 faiz azaldı.

London maliyyə mərkəzində iş axtaranların sayı 2023-cü ilin birinci rübündə 2022-ci ilin son üç ayı ilə müqayisədə 19 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram