Britaniyaya komissiyasız pul köçürmək mümkün oldu
"Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sistemi "0%" kampaniyasına başladı. – Bu barədə Banco.az saytı Zaminbankın rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
Belə ki, Azərbaycandan Birləşmiş Krallığa göndərilən bütün köçürmələr məbləğindən asılı olmayaraq komissiya haqqı 0 % təşkil edir.
Kampaniya 02 Dekabr 2014 – 02 Mart 2015 tarixləri arası “Caspian Money Transfer” sisteminin Azərbaycan ərazisində əməkdaşlıq etdiyi bütün banklarda keçərlidir.
Əlavə məlumat üçün CMT sisteminin Bakı şəhərindəki məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: +994 12 464 14 04/10