London Birjasına 32 milyard sterlinqlik təklif | Banco.az

London Birjasına 32 milyard sterlinqlik təklif

Honq Konq Birjalar və Klirinq Şirkəti (HKEX), London Birjasını (London Stock Exchange Group, LSE) satın almaq üçün 32 milyard funt-sterlinq (39,6 milyard dollar) təklif edib.

HKEX tərəfindən verilən açıqlamada, London birjasını satın almaq üçün bir səhminə 20,45 funt-sterlinq pul və HKEX-in yeni emissiya edilmiş payından 2,495 təklif edildiyi qeyd olunub. 

Açıqlamada fikirlərinə yer verilən HKEX-in icraçı direktoru Çarlz Li, "HKEX ilə London Birjasını bir araya gətirmək, gələcək illərdə qlobal kapital bazarlarını yenidən şəkilləndirəcəkdir", -ifadəsini istifadə edib. 

Ən sərfəli kredit üçün müraciət et

LSE tərəfindən satınalma təklifinə dair bir açıqlama verilməyib, ancaq səhmləri 7%-dən çox dəyər qazanaraq 73 funt-sterlinqə yüksəlib.

HKEX, 2012-ci ildə London Metal Birjasını 1,4 milyard funt-sterlinqə satın almışdı. London Stock Exchange Group da şirkətlərə, bankirlərə və investorlara xəbər, məlumat və analitik məlumat verən "Refinitiv"i ötən ay 27 milyard dollara tərkibinə qatmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç