Müəllif: Tamara Mustafayeva, Banco.az
London Fond Birjasından BTC xidmətlərini təklif etmək üçün əməkdaşlıq addımı atılıb.
Banco.az xəbər verir ki, London Fond Birjası (LSEG) Böyük Britaniyanın ilk tənzimlənən BTC (Bitcoin) indeksi fyuçersləri və opsion törəmələri ticarətini təklif etmək üçün Global Futures and Options (GFO-X) ilə əməkdaşlıq etdiyini açıqlayıb.
LSEG-in törəmə müəssisələri olan LCH SA və GFO-X-dən verilən birgə bəyanatda bildirilib ki, əməkdaşlıq çərçivəsində LCH SA GFO-X-də ticarət edilən nağd pulla hesablanmış BTC indeks törəmələri üçün innovativ klirinq xidməti olan DigitalAssetClear-ı işə salacaq.
DigitalAssetClear-ın bu ilin son rübündə istifadəyə verilməsi planlaşdırılır.
Başlanğıcda GFO-X nağd pulla hesablanmış BTC indeksi fyuçersləri və opsionları ilə ticarət təklif edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!