London artıq Avropanın maliyyə paytaxtı deyil | Banco.az

London artıq Avropanın maliyyə paytaxtı deyil

Müəllif - Aida İsaq, Banco.az

London artıq Avropanın maliyyə paytaxtı deyil.

Banco.az xəbər verir ki, buna səbəb İngiltərənin Avropa İttifaqını tərk etməsi (Breksit) olub. "Euronext Fond Birjası"nın baş direktoru və idarə heyətinin sədri Stefan Bujna Böyük Britaniyanın ittifaqın maliyyə mərkəzi olmasından danışıb. Onun sözləörinə görə, əvvəllər Londonda qeydiyyatdan keçmiş bir çox şirkətlər hazırda ölkə sərhədlərini tərk edib. Məsələn, "Ryanai" hazırda Dublində, "Universal Music Group" səsyazma şirkəti isə Amsterdamda fəaliyyətinə davam edir.

Qeyd edək ki, noyabrın 24-də bir çox Britaniya şirkətləri ölkə hökumətinə məktub ünvanlayaraq hakimiyyətdən 2023-cü ildə bir sıra Avropa aktlarının Böyük Britaniyanın qanunlar məcəlləsindən çıxarılmamasını xahiş ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et