Yenilənmiş Lombard Kreditləri verən banklar siyahısına buradan baxa bilərsiniz: https://bit.ly/2GEZzd5
Lombard kreditləri dedikdə, qızıl və ya digər zinət əşyalarını girov qoyaraq, götürülən pul nəzərdə tutulur. Borc pulu ödədikdən sonra girov qoyulan əşyalar geri qaytarılır. Bu fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu. İndi isə banklar da oxşar xidməti, lakin daha sərfəli və etibarlı şərtlər ilə təqdim edirlər.
Lakin adi Lombard krediti ilə bankların təqdim etdikləri lombard kreditləri arasındakı fərqə diqqət yetirsək, bankdan qızıl zinət əşyası ilə pul götürərkən daha az itki olduğunu görə bilərik.
Həmçinin bankların təqdim etdikləri lombard kreditlərinin bir çox üstün cəhətləri vardır:
- Müştərinin qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir;
- Ödənişlərdə istənilən filialda ödəyə bilməsi, lakin Lombard-da isə yalnız götürdüyü ofisdə ödənişləri edə bilərsən;
- Banklarda qızılın daha yüksək qiymətləndirilməsi;
- Banklarda istənilən vaxt rahat tam ödənişi etməsi və tez girovun qaytarılması;
- Fiziki şəxslərdən Lombard köşklərinin istənilən vaxt bağlanması və həmin şəxsin gizlənməsi, lakin banklarda isə tam şəffaflıq hökm sürür;
- Banklarda əmanətə toxunulmur, lakin Lombardlarda isə bu mümkün olur;
- Banklarda girovun yalnız müştərinin razılığı ilə və ya məhkəmənin qərarı ilə açılması, lakin Lombardlarda isə ödəniş gecikdiyi halda girov açıla bilər.
Sonda yenə sizə kreditdən uzaq durmağı arzulayırıq və əgər Lombard krediti üçün banka müraciət etmək istəsəniz qızıllarınızı daha etibar edəcəyiniz həmçinin daha az ziyan ilə kredit əldə edə biləcəyiniz bankı seçməyi məsləhət görürük.
Əsasən banklarımızda lombard kreditlərinin əldə edilməsi üçün tələb olunan sənədlər bunlardır:
• Kredit sifarişi haqqında ərizə;
• Borcalanın şəxsiyyətini təsdiq edən sənəd;
• Borcalanın kredit tarixi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrindən arayış;
• Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı cəmləşmə riski barədə məlumat (belə hal baş verdikdə);
• Borcalanın gəlirləri barədə sənəd;
• Mövcud qanunvericiliyə uyğun olaraq girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat.
Sizi bazardakı aktiv lombard kredit təklifləri ilə tanış etmək istərdik:
Bankın adı |
Məbləğ |
Müddət |
% dərəcəsi |
Komisyon və xərclər |
Məbləğin girova nisbəti |
200-10 000 AZN |
24 ay |
31-33% |
1-3% |
80 -95% |
|
50000 AZN |
3-36 ay |
26.5-40.5% |
4% |
100%i |
|
50 000 AZN |
3-24 ay |
28.5-38.5% |
2% (kassa)+4% |
200%i |
|
10 000 AZN |
6-24 ay |
30% |
4% |
80%i |
|
5000 AZN |
12-24 ay |
22-24% |
1% |
60%i |
|
5000 USD |
6-24 ay |
30-36% |
2% |
100%i |
|
10 000 AZN |
24 ay |
minimal 30% |
2% |
120%-i |
|
50 000 AZN |
24 ay |
24-36% |
|
80%-i |
|
10 000 AZN |
24 ay |
36%-ədək |
|
70% |
|
200-5000 AZN |
3-24 ay |
24-28% |
20 -45 AZN (+10 AZN) |
70% |
|
50 000 AZN |
24 ay |
28-32% |
3.9% |
150% |
|
100 00AZN |
36 ay |
22% |
|
150%i |
|
300-5000 AZN |
3-24 ay |
28% |
3.3% |
90%i |
|
30 000 AZN |
3-36 ay |
28%-dən başlayaraq |
3.3% |
100%i |
|
AmrahBank |
20 000 AZN |
3-18 ay |
30% |
5% |
80% |
AG Bank |
5000 AZN |
24 ay |
30% |
1.5 % |
80% |
Nikoil Bank |
10 000 AZN |
36 ay |
12 - 23ay: 26,5% 24 aydan yuxarı - 27,5% |
1% |
120% |
Bank of Baku, Unibank və Yapı Kredi Azərbaycan Bankında Lombard məhsulları yoxdur.