İstehlak kreditlərinin bir növü də lombard kreditləridir. Lombard kreditləri qızıl-zinət əşyalarının girovu əsasında verilən kreditləridir. Rəsmi gəliri və digər kredit imkanlarından istifadə etmək hüququ olmayan müştərilər kreditə olan məcburi ehtiyaclarını qarşılamaq üçün bu kredit növündən istifadə edirlər. Bu kreditin digər kredit növlərindən əsas fərqləri, rəsmi gəlirə dair bir tələbin olmaması və əlavə zamin tələb edilməməsidir. Çünki, kredit qızıl girovu ilə zəmanət altına alınır.
Lombard kreditləri verilərkən məbləğ, LTV (loan to value) əmsalı əsasında təyin edilir. Bu əmsal, kreditin əsas məbləği, komissiya və hesablanacaq faizlərin cəminin girovun dəyərinə olan nisbətidir. Kredit rəsmiləşdirilərkən girov qoyulan qızılnın müəyyən dəyəri məbləöində kredit rəsmiləşdirilir.
Lombard kreditləri hal-hazırda banklar, bank olmayan kredit təşkilatları və xüsusi lomabardlar tərəfindən təklif edilir. Banklar tərəfindən təklif edilən kreditlərin digər lombardlar tərəfindən təklif edilən kreditlərə nisbətən üstünlükləri daha çoxdur. Onlardan bir neçəsini aşağıda qeyd edək:
- Banklar təfəindən təklif edilən lombard kreditlərinin faizlərinin xüsusi lombardlara nisbətən aşağı olması
- Girov qoyulmuş əmlakın banklarda daha təhlükəsiz şəraitdə olması
- Ödəniş imkanlarının banklarda daha geniş olması
- Qızılın daha yüksək qiymətləndirilməsi v.s
Banco.az bu araşdıırmada sizlərə lombard kreditlərini təklif edən bankları və onların şərtləri haqqında məlumatları təqdim edir.
Bank |
Məbləğ |
Valyuta |
Müddət |
Faiz |
Komissiya |
Amrahbank |
300 - 50,000 |
AZN |
3-36 ay |
20%-dən başlayaraq |
1-2% |
AtaBank |
300 -10 000 |
AZN |
12-36 ay |
22%-26% |
mak- 1% |
Azər Türk Bank |
maks. 15 000 |
AZN |
36 ayadək |
28 %-30% |
1 % (min 10 m) |
Bank Avrasiya |
10 000 |
AZN |
24 ay |
27% |
0.80% |
Bank BTB |
300 - 10 000 |
AZN |
1-24 ay |
22.8% |
1% |
Bank Melli İran Bakı |
10.000 AZN-dək |
AZN |
36 ay |
25% |
1% |
Bank of Baku |
500-6000 |
AZN |
3- 24 ay |
28-30% |
1% |
Bank Respublika |
300 - 30 000 |
AZN |
6-36 ay |
26%-dən başlayaraq |
1% |
Expressbank |
300 - 15 000 |
AZN |
3 - 30 ay |
aylıq 2,16% |
|
Muğanbank |
300 - 20,000 |
AZN |
3- 24 ay |
48% |
1%- nağd pulun çıxarılması 3% |
NBCBank |
50 000 |
AZN |
36 aya qədər |
29% |
|
Rabitəbank |
300 - 10 000 |
AZN |
3 - 24 ay |
29-30% |
1% |
TuranBank |
min 500 - maks Fərdi qaydada baxılır |
AZN |
1-24 ay |
Minimum 22% |
1% |