Müəllif:Ayşən İmanova/Banco.az
Fransız kosmetika istehsalçısı “L'Occitane”nin sədri və ən böyük səhmdarı milyarder Reynold Geiger Amerika investisiya qrupu “Blackstone”un iştirakı ilə şirkətin bütün səhmlərini almağa hazırlaşır.
Banco.az xəbər verir ki, fransız kosmetika istehsalçısının Honq-Konq birjasında səhmlərinin ticarəti, aprelin 9-da şirkətin potensial satın alınması ilə bağlı gözlənilən elanlar səbəbindən dayandırılıb.
Danışıqların qabaqcıl mərhələdə olmasına baxmayaraq, tərəflər hələlik razılığa gəlməyib və danışıqların ləngiməsi və hətta kəsilə biləcəyi ehtimalı qalmaqdadır.
Qeyd edək ki, “L'Occitane” 1976-cı ildə fransız Olivye Baussan tərəfindən təsis edilib. Şirkət öz tarixinə Provans bitkilərindən efir yağlarının istehsalı və yerli bazarlarda satışı ilə başlayıb. Geiger 1994-cü ildə şirkətin səhmdarı olub. 2010-cu ildə “L'Occitane” şirkətin səhmlərini Honq-Konq Birjasında yerləşdirərək IPO keçirmişdir.