Lloyds Banking Group-un mənfəətinin azalması onun, TSB Banking-i İspaniyanın Banco de Sabadell-ə 1 səhmi 340 pensə və ya 1,7 milyard funta (2,618 milyard dollara) satması ilə izah olunur.
Britaniya banklar qrupu olan Banking Group ölkənin ən nəhəhng maliyyə təşkilatlarından biridir. 2015-ci ilin birinci rübü ərzində qrup 944 milyon funt sterlinq (1,1454 milyard dollar) mənfəət əldə edib ki, bu da bir il öncəki dövr ilə müqayisədə 1% daha azdır. Bu nəticəyə, maliyyə təşkilatının hesabatlarına baxaraq gəlmək mümkündür.
Bir bank səhminə düşən gəliri hesablasaq, bu 1,2 pens edir ki, bu da 2014-cü ildə qeydə alınan 1,6 pens göstəricisindən daha aşağıdır. Bankın xalis faiz gəlirləri 7% artaraq, 3,021 milyard funt sterlinqə (4,653 milyard dollar) çatıb.
Lloyds Banking Group-un mənfəətinin azalması onun, TSB Banking-i İspaniyanın Banco de Sabadell-ə 1 səhmi 340 pensə və ya 1,7 milyard funta (2,618 milyard dollara) satması ilə izah olunur.
Daha öncə məlumat verilirdi ki, maliyyə təşkilatlarının əldə etdiyi razılıq çərçivəsində Sabadell TSB-nin pərakəndə sektoruna dəstək göstərməli və onun genişləndirməli, həmçinin Britaniya bankının kiçik və orta biznes sektorunda təmsil olunma səviyyəsini yüksəltməli idi.