Lizinq şirkətinin rəhbəri dəyişib | Banco.az

Lizinq şirkətinin rəhbəri dəyişib

Ansar Leasing" ticarət nişanı adı altında fəaliyyət göstərən "Azərbaycan Lizinq Şirkəti" MMC-yə yeni baş menecer təyin edilib. Bu barədə "Report"a Şirkətdən məlumat verilib.

Məlumata görə, söhbət Hikmət İbrahimovdan gedir. O, artıq baş menecer vəzifəsinə təsdiqlənib. H.İbrahimov bu vəzifədə Cəfər Babayevi əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azərbaycan Lizinq Şirkəti" 2008-ci ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən yaradılıb. Onun nizamnamə kapitalı 5 mln. manatdır.