Lizinq şirkətindən manat və dollarda istiqrazlar | Banco.az

Lizinq şirkətindən manat və dollarda istiqrazlar

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “FinansLizinq” ASC-nin 300 min dəyərində manat və dollarda faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının iki emissiya emissiya prospekti qeydə alınıb.

Banco.az Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, hər bir emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat (dollar) olan 600 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 180 gün, istiqraz üzrə faiz dərəcəsi 14 faiz, faiz ödəniş dövrünün müddəti isə 3 aydan birdir.

Ən sərfəli kredit üçün müraciət et

Yerləşdirmənin anderrayteri qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

Ən sərfəli krediti almaq üçün müraciət et