Lizinq şirkəti səhmlərini satır | Banco.az

Lizinq şirkəti səhmlərini satır

“Union Lizinq" açıq səhmdar cəmiyyəti səhm emissiyasına başlayıb- bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinad edən Banco.az məlumat verir.

09 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Union Lizinq" açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 10 manat olan 4 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1002019441 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər "Union Lizinq" açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1001019442 və hər birinin nominal dəyəri 1 manat olan 4000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et