Müəllif:Ayşən İmanova/Banco.az
Litvanın bir neçə enerji sektoru müəssisəsi Ukraynaya 50 milyon avro dəyərində elektrik avadanlıqları təhvil verəcək.
Banco.az xəbər verir ki, bu barədə Baltik Respublikasının Energetika Nazirliyi məlumat yayıb.
"Ukrayna tərəfinin istəkləri nəzərə alınmaqla, avadanlıqların təhvil verilməsi haqqında protokol imzalanıb", - nazirliyin məlumatında deyilir.
Bildirilir ki, Ukrayna 2015-ci ildə ekoloji səbəblərə görə dayandırılmış Vilnüs istilik stansiyasından avadanlıq, 5 elektrik generatoru, qaz boru muftaları dəsti, 200-dən çox transformator alacaq.
Qeyd olunur ki, bütün bu avadanlıq Ukraynanın enerji sisteminə tez bir zamanda inteqrasiya oluna bilər. Məlumata görə, Kiyev, həmçinin 7,3 min günəş modulu və 17 gərginlik çeviricisi alacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!