Litva əhalisinin borcları 2 milyard avro təşkil edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Litva əhalisinin borcları 2 milyard avro təşkil edib

Müəllif:Ayşən İmanova/Banco.az

Litva əhalisinin qanuni olaraq müəyyən edilmiş borcları 2 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Respublika Məhkəmə İcraçıları Palatası məlumat yayıb.

“Məhkəmə qərarına əsasən, məhkəmə icraçılarının tələb etməli olduğu ödənilməmiş borcların məbləği 2 milyard avro təşkil edir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu məbləğ 222 min nəfərin payına düşür ki, bu da ölkə əhalisinin 8 faizini təşkil edir. Bildirilir ki, hazırda borcluların 63%-i işsizdir və borcun qaytarılması üçün heç bir gəliri yoxdur. Dövlətə borcu olanların təxminən 45 faizi inzibati cərimə ilə cəzalandırılıb. Onların 90%-ə yaxını isə yol hərəkəti qaydalarını pozduqlarına görə cəzalandırılıb.