1918-ci ildə imzalanan Litvanın Müstəqillik Aktının şərəfinə ölkənin Mərkəzi Bankı tərəfindən yaradılan dünyanın ilk blokçeyn kolleksiya sikkəsi gələn il satışa çıxarılacaq.
Bu barədə Litva Bankı YouTube kanalında məlumat yayıb.
Litvanın müstəqilliyinin bərpası haqqında akt 16 fevral 1918-ci ildə imzalanıb. Bu tarixin şərəfinə fiziki gümüş sikkə 19,18 avro dəyərində qeyri-ənənəvi nominala sahib olacaq. Kriptosikkə ölçüsü və forması ilə üstündə imzalanmış akt şəkli olan kredit kartına bənzəyəcək.
Ted.az