Litecoin-dən vacib yenilik | Banco.az

Litecoin-dən vacib yenilik

Litecoin [LTC] “Blockcnet Protocol” ilə uyğunlaşır, bu da LTC-nin LTC ödənişləri edilə biləcək ödəmə kanalları kimi blockchain-lərarası mərkəzsiz tətbiqlərdə (dApps) çalışa biləcəyi anlamına gəlir. Bu, başqa bir kriptovalyuta üçün ödəniş vasitəsi olaraq qəbul edilə biləcək.

“Blockcnet Protocol” içərisindəki sistemlərin hər hansı bir mərkəzi serverə ehtiyac duymadan, birbaşa olaraq məlumat keçirməsinə imkan verən şəbəkədir. Fərqli blockchain tərkibindəki düyünlər arasında sahib olduğu protokol ilə blockchain-lərarası məlumat və dəyər transferi edə bilən sistemə sahibdir.

“Blockcnet Protocol” bir neçə gün əvvəl yazdığı “tweet” ilə bu müraciəti edib:

“#litecoin artıq #Blocknet dəstəyi ilə çarpaz blockchain dAppler-i mövzusunda daha sadə bir inteqrasiyaya sahibdir. @litecoin çarpaz blockchain ekosisteminin gələcəyinə yeni bir təcil qazandırır”.

Mayın 6-dan etibarən ayı bazarı buğa bazarını sıxışdırmağa davam etdikcə, Litecoin-in dollara qarşı dəyəri sabit şəkildə azalır. Həmin vaxt LTC 175 dolar idi, ancaq bir həftədə dəyəri 136.84 dollara endi.

Son 24 saat ərzində Litecoin-in qiymətində 1.93%-lik eniş yaşanıb və Litecoin hazırda 7.7 milyard dollar bazar dəyəri ilə 6-cı sırada qərarlaşıb.

Yaponiyanın “GMO” internet firmasının filialı olan “MO Coin” kriptovalyuta birjası bu həftə ərzində verdiyi elanla kredit xidmətinə dörd yeni kriptovalyuta əlavə etdiyini bildirib. Şirkət hazırda Bitcoin, Ethereum, Bitcoin Cash, Litecoin və Ripple qəbul edir.

@notsofatdad adlı kriptovalyuta investoru mövzuyla bağlı bunları deyib:

“Beləliklə, “yaxşı” bir tacir ortalama bir coini azaldır və bu ani enişin orta səviyyəsinə çatar. Ən pis ehtimalla hələ bazarın içində qalarsınız və pulunuz təhlükəsiz olar. Ən yaxşı halda isə daha çox coinə sahib olarsınız. Bir “investor” yalnız bunu görməzdən gəlir və hədəf çıxış qiymətini gözləyir”.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et